AYA DEYİR, SƏN ÇIXMA, MƏN ÇIXIM

çox cazibədar, misilsiz gözəlliyi olan qız haqqında işlədilən ifadə.

AY PARÇASI
AYA-GÜNƏ DÖNMƏK
OBASTAN VİKİ
Çıxma
Çıxma — 4 sadə hesab əməlindən biri. Cəmin tərsidir. Çıxmanın komponentləri azalan, çıxılan və fərqdir Azalan çıxmanın ilk kompanentidir. Çıxılan çıxmanın ikinci komanentidir. Fərq, çıxmanın üçüncü komponentidir. Ədəddən ədədi çıxdıqda alınan ədəd fərq adlanır. Çıxmanın formulu: z = x − y {\displaystyle z=x-y} == Mənbə == Aufmann, R. N., Barker, V. C., Lockwood, J. Basic College Mathematics: An Applied Approach, Houghton Mifflin Company, 2006.
Aya
Aya (Türk mifologiyası)
Birbaşa çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Düz çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Rotadan çıxma
Rotadan çıxma ümumiyyətlə istiqamət dəyişdirmə deməkdir. Hər hansı bir istinad nöqtəsinə nisbətdə bir bucaqda hərəkət edən bir obyektin hərəkət bucağı dəyişdikdə o obyekt rotadan çıxmış sayılır. Aviasiya sahəsindəki “yaw” ifadəsinin Azərbaycanca ekvivalenti ilə uyğun gələn hərəkət adıdır, ancaq yalnız təyyarələrdə deyil, bütün nəqliyyat vasitələrində sağa və ya sola dönməyə aiddir. Təyyarələr quyruqlarındakı sükanları ilə və gəmilər isə gövdələrinin aşağı hissəsində olan sükanla dönürlər. Elmi dünyada qəbul edilən hər hansı bir nəzəriyyə və ya qanunu pozmaq və ya səhvini sübut etmək üçün də bu addan istifadə olunur. Məsələn, zamanda səyahət fizikanın iki əsas qanunu olan Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsinə ziddir. Həmçinin səbəb prinsipi ilə də ziddiyyət təşkil edir. Günlərin bir günündə kimsə zamanda səyahət etmiş olarsa, bu bütün məlum fizika qanunlarının əsasını təşkil edən kvant mexanikası və ümumi nisbilik nəzəriyyəsini məhv edəcək, beləliklə də bütün məlum fizika qanunları da etibarsız olacaqdır. Bunun sonunda Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsi rotadan çıxacaq, başqa sözlə etibarını itirəcəkdir.
Aya-Napa
Aya-Napa və ya Ayiya-Napa (yun. Αγία Νάπα, türk. Ayia Napa) — Kiprdə kurort. Protarasdan 8 kilometr aralıda yerləşir. == Etimologiya == Aya-Napa adı şəhərin mərkəzində venesiyalılar tərəfindən qurulan eyniadlı monastırdan gəlir. "Aya" (Agia) sözü yunanca "müqəddəs" deməkdir, "napa" sözü isə arxaikdir və "ağac xiyabanı" deməkdir. Qədim zamanlarda ərazidə sıx meşələr var idi == Tarixi == Bu ərazidə Bizans dövründən bəri yaşayış məskəni mövcuddur. Monastırın əsası XIV əsrdə qoyulmuşdur. == Coğrafiya == Aya-Napa Kiprin şərqində, Famaqustanın cənubunda, Qreko burnu yaxınlığında yerləşir və Kokkinokoriya kimi tanınan daha böyük bir ərazinin bir hissəsini təşkil edir. Şəhər Famaqusta rayonunun bir hissəsidir.
Aya (ad)
Aya — ad.
Aya (ilahə)
Aya və ya A-a (šè-ri5-da, dšè-NIR-da) — Akkad mifologiyasında işıq ilahəsi, günəş ilahı Şamaşın həyat yoldaşı. Akkadlıların Mesopotamiyaya köçü zamanı Aya Şumer günəş ilahəsi Şerida ilə eyniləşmişdir. Aya sami xalqları arasında tanınmış bir personaj idi. Onun adı Uqarit ilahları siyahısındadır, həmçinin Bibliyada şəxsi adlar və şəhər adları kimi istifadə olunurdu. Ayanın əsas ibadət şəhərləri Sippar və Larsa idi.
Aya (mahnı)
Aya — azərbaycanlı müğənnilər Aygün Kazımova və Rauf Ahmədovun duetidir. Mahnı "SS Production" və "Mərkəz Production" tərəfindən hazırlanıb. Mahnıya klipi rejissor Nicat Məlikov çəkmişdir. == Mahnı haqqında == Sözləri və musiqisi Nicat Məlikova aiddir. Layihənin musiqi prodüseri Fərid İsmayılovdur. Mahnının səs uzlaşması və masterinqi Ramin Vəlibəyova aiddir. == Klip haqqında == "AYA" hiti sanki buludların üzərində canlanır. Klipin rejissorlu Nicat Məlikovdur. "Aya" klipində Mərkəz Production və SS productionla yanaşı bir çox peşəkərların imzası var. SS productionun rəhbəri Aysel Rəcəblinin başına topladığı komandanın tərkibində xaricdəki moda defilələri ilə haqqında çox danışılan dizayner Rüfət İsmayıl və tamınmış stilist Ruxa var.
Aya Koda
Aya Koda (幸田文, Koda Aya, 1 sentyabr 1904, Tokio[d] – 31 oktyabr 1990, İşioka[d], İbaraki prefekturası) – Yaponiya yazıçısı. O, feminist əsərləri ilə tanınmışdır. Yazıçı Rohan Kodanın qızıdır. == Həyatı == Aya Koda 1 sentyabr 1904-cü ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Yaponiyanın tanınmış yazıçılarından biri olan Rohan Kodanın ikinci qızı olmuşdur. Aya ədəbi karyerasına 43 yaşında atası haqqında məqalələr yazaraq başlamışdır. 1947-ci ildə yazdığı "Son anlar" onun belə əsərlərindən biri olmuşdur.Koda 1940 və 1950-ci illərdə avtobioqrafik esselər yazmışdır. 1954-cü ildə yazdığı "Qara kimono" əsərinə görə Yomiuri mükafatına layiq görülmüşdür. Ədəbi uğur qazanmasına baxmayaraq bir neçə ay yazıçılığa fasilə verərək geyşa evində xidmətçi kimi işləmişdir. Kimono geyinmiş qadınların əhatəsində olmaq 1955-ci ildə "Axıntı" (流れる, "Naqareru") adlı birinci romanını yazmaq üçün ilham mənbəyi olmuşdur.
Aya Miyama
Aya Miyama (d. 28 yanvar 1985) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 162 oyun keçirib, 38 qol vurub.
Aya Sameşima
Aya Sameşima (d. 16 iyun 1987) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 103 oyun keçirib, 5 qol vurub.
Aya Sofiya
Ayasofiya və ya Müqəddəs Sofiya məbədi (yun. Αγία Σοφία, türk. Ayasofya) — Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscidə çevrilən məbəd. Qısa müddət muzey kimi istifadə olunub. 2020-ci il 11 iyul tarixindən yenidən məscid kimi fəaliyyət göstərir. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur. Hazırda rəsmi olaraq Ayasofya Böyük Məscidi (türk. Ayasofya-i Kebir Camii) adlanır. == Ümumi məlumat == 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofya Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zəlzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır.
Aya Sofya
Ayasofiya və ya Müqəddəs Sofiya məbədi (yun. Αγία Σοφία, türk. Ayasofya) — Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscidə çevrilən məbəd. Qısa müddət muzey kimi istifadə olunub. 2020-ci il 11 iyul tarixindən yenidən məscid kimi fəaliyyət göstərir. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur. Hazırda rəsmi olaraq Ayasofya Böyük Məscidi (türk. Ayasofya-i Kebir Camii) adlanır. == Ümumi məlumat == 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofya Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zəlzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır.
Aya səyahət
Aya səyahət (film, 1902)
Aya Şimokozuru
Aya Şimokozuru (d. 7 iyun 1982) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 28 oyun keçirib.
Mən-roman
Mən-roman (私小説, şişosetsu) – Yaponiyada bədii ədəbiyyat janrı. Bu janrda əsər müəllifin həyatında baş verən hadisələrə əsaslanır və avtobioqrafik etiraf xüsusiyyəti daşıyır. Belə romanlarda hadisələr birinci və ya üçüncü şəxsin təkindən nəql oluna bilər. Bu janrın kökləri Tayama Katainin 1907-ci ildə nəşr olunmuş "Yorğan" romanına gedib çıxır. Bu roman ortayaşlı bir rəssamla onun gənc qız tələbəsi arasındakı münasibətlərdən bəhs edir və müəllifin şəxsi təcrübələrinə əsaslandığı güman olunur. 1910-cu illərdə intellektual sfera öz şəxsi narahatlıqlarını daha əhəmiyyətli olduğunu vurğulamağa başladığından bu janr da getdikcə populyarlaşmağa başlayıb. Bu dövrdə mən-roman janrına müraciət edən əsas yazıçılar Çikamatsu Şuko, Şimazaki Toson, "Ağ ağcaqayın" məktəbinin nümayəndələri Muşanokoci Saneatsu və Şiqa Naoya idilər. "Mən-roman" terminin geniş şəkildə işlənməyə başladığı və ayrıca janr kimi təşəkkül tapdığı dövr isə 1920-ci illərə təsadüf edir. Qəbul olunmuş fikirlərə görə bu janrda ənənəvi hekayə və məzmun tələbləri rədd edilir və müəllifin daxili reallığına daha çox önəm verilirdi. Mən-romanın bu konsepsiyası 1920-ci illərdə Marksist ədəbiyyatının güclənməsi və kütlə mədəniyyətinə dair bir neçə janrın yaranması ilə əlaqədər ədəbi dünyadakı çevrilmələrə qarşı reaksiya kimi qəbul oluna bilər.
Mən Azərbaycanlıyam
Mən Azərbaycanlıyam — milli bilik yarışması 2009-cü ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır. == Məzmun == Yarışmada yaşı 15-dən 29-a qədər olan bütün ölkə gəncləri iştirak edə bilər. Yarışmada bu günə kimi onlarla Azərbaycan gənci qalib olub. Hər verilişin qalibinə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən imzalanmış diplom və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən notbuk hədiyyə olunur.
Mən kiməm?
Mən kiməm? (film, 1998) Mən kiməm? (film, 2004) Mən kiməm? (film, 2009) Mən kiməm? (film, 2010) Mən kiməm?
Mən Kubayam
"Mən Kubayam" (rus. Я — Куба; isp. Soy Cuba) — rejissor Mixail Kalatozovun 2 seriyalı filmi. == Məzmun == Film bir neçə novelladan ibarətdir. Hər bir hekayədə Kuba adasındakı inqilabi hadisələr zamanı insanların taleyi haqqında söhbət açılır. Gülərüz meyvə satıcısı qonşu qız Mariyaya aşiq olur. Lakin sonra öyrənir ki, o, Betti ləqəbli fahişədir. Betti bir tikə çörək üçün bədənini varlı Amerika turistlərinə satır. Qoca kəndli Pedro sahibkardan öyrənir ki, torpaq "Yunayted Frut" Amerika şirkətinə satılıb. Bundan sonra o, böyük zəhmət hesabına yetişdirdiyi şəkər qamışı sahəsini yandırır.
Nə sən bilirsən, nə də mən (film, 2002)
Nə sən bilirsən, nə də mən (hind: Na Tum Jaano Na Hum) 2002-ci ildə baş rollarda Saif Əli Xan, Hritrik Roşan və Esha Deolun oynadığı hindi dilli romantik dram filmidir. Bu, Roşan və Xanın birlikdə rol aldığı ilk filmdir. Filmin rejissoru Arjun Sablok, prodüseri isə Future Groupun sahibi Kishore Biyani olmuşdur. Filmin adı Roşanın debüt filmi Kaho Naa... Pyaar Hai (2000) filminin bir mahnısından götürülmüşdür. Film buraxıldıqdan sonra çox mənfi rəylərlə qarşılaşdı və mükəmməl bir aktyor heyətinə sahib olmasına baxmayaraq, kassa fəlakəti olmuşdur.
Aya-kaka döyüşü
Aya-kaka döyüşü — 24 avqust 1919-cu ildə Aya-Kaka dərəsində, Ayalakab kəndinin yaxınlığında Dargin üsyançılarının Polkovnik Lavrovun başçılıq etdiyi Denikinçilər dəstəsi ilə döyüşü. == Döyüş öncəsi vəziyyət == Yatırılan Dağıstandakı iyul qiyamından sonra, Denikinçilər yerli əhalini soymağa başlayır. xalq bundan bərk qəzəblənir və əlverişli bir an gözləyir. Denikiçilər insanlardan bütün silahlarını yerə qoymasını tələb edir, lakin insanlar köhnə və yararsız silahlardan əl çəkmir. İnsanlar silahların gizlədilməsi üçün son tarixdən məharətlə istifadə edir. Bunu anlayan denikinçilər, müddətin bitməsini gözləmədən axtarışa başlayır. Ancaq bu erkən axtarış heç bir nəticə vermir. Denikinçilər zinət əşyalarını, gümüş sikkələri və gümüş əşyaları götürür. Bütün bunlar dağlıları silahlı müqavimətə sövq edir. Ağ Kazaklar cəmiyyətə hər cür vergi tətbiq edir, üstəlik vergilərin ödənilməsi üçün 2–3 saat müddət verir.
Aya (Türk mifologiyası)
Aya - türk və altay mifologiyasında yaxşı ruh. Ayalar formasında çoxluq olaraq istifadə edilir. Xeyirxah ruhların və mələklərin ümumi adıdır. Əksəriyyətlə səmada yaşayarlar. 17 fərqli yaxşı ruh kateqoriyasının hamısını izah edər. Əleyhdarı Aza 'dir. Yer üzündəki bütün yaradıcılığın, bərəkətin, sevginin qaynağıdırlar. Ayaçı (Ayatçı) təbiri yaradıcı insanlar üçün istifadə edilir. Ayığı şəklində də ifadə edilir. Bu təbir Yakut mifologiyasında Abası'nın əleyhdarı olaraq iştirak edər.
Aya İrini Kilsəsi
Aya İrini ya da Müqəddəs İrini (Yunanca: Ναός της Αγίας Ειρήνης İlahi Sülh və ya Müqəddəs Sülh) İstanbulda, Topqapı sarayının birinci həyətində, Aya Sofya ilə yaxın və müasir olan tarixi bir muzeydir. == Tarixi == İstanbulda məscidə çevrilməyən ən böyük Bizans kilsəsidir. Qədim mənbələrə görə, IV əsrin əvvəllərində, I Konstantin (324–337) dövründə, Roma dövrünün Artemis, Afrodita və Apollon ibadətgahlarının qalıqlarından istifadə edilərək tikilmişdir. Ayasofya ilə eyni həyət divarında yerləşən Aya İrini, 532-ci ildə Nika üsyanı zamanı Sempson Zenonla birlikdə yandırılmışdır. İmperator I Yustinian, Ayasofyanın yanındakı Aya İrinini də yenidən qurdu. İnşaat 532-ci ildə başlasa da, tam başa çatma tarixi məlum deyil. VIII və IX əsrlərdə baş verən şiddətli zəlzələlər binaya ciddi ziyan vurdu. Bizanslıların patriarxlıq kilsəsi adlandırdığı Aya İrini, İstanbulun fəthindən sonra Topqapı Sarayı ətrafındakı Sur-ı Sultani daxilində qaldı, bu səbəbdən məscidə çevrilmədiyi üçün əhəmiyyətli bir memarlıq dəyişikliyi olmadı. Əvvəlcə daxili sursat, daha sonra Müharibə Nazirliyinin silah anbarı kimi istifadə edilmişdir. == Muzey işləri == Türkiyənin ilk muzey işləri Aya İrinidə başlamışdır.
Çinin Aya ekspedisiyaları
Çinin Aya ekspedisiya proqramı - Çin Milli Kosmos Administriyasının idarəçiliyində Aya edilən robotlaşdırılmış ekspedisiyalardır. Chang'e 1 gəmisinin fəaliyyəti 24 oktyabr 2007-ci ildə, Chang'e 2 gəmisinin fəaliyyəti isə 1 oktyabr 2010-cu ildə başladılıb. Chang'e 3 gəmisi 1 dekabr 2013-cü ildə fəaliyyətə başladı və 14 dekabr 2013-cü ildə Aya endi. Çinin Aya missiyalarının insanın Aya göndərilməsinə hazırlığı olaraq hesab edilir. Belə bir səyahət 2025-2030-cu illərdə baş verə bilər.
авиаба́за нескла́дный отклёвывать ра́мпа ухлеста́ть госаппара́т наплавля́ть не́рвный проворо́нивать простра́чивать пядь се́тка улеща́ться шехматик fulguration glide hand-gallop purchase price touchable yeomanly косица накренить неминуемо плотина постилать